Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO

Qubada baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, zərərçəkmiş izləyici hadisənin görüntülərini redaksiyanın “WhatsApp” ünvanına göndərərək məlumat verib.
Onun iddiasına görə, toy kortejində hərəkət edən 55-CG-268 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü yolboyu təhlükəli manevrlər edərək həm ona, həm də digər hərəkət iştirakçılarına qəza şəraiti yaradıb. Sonda isə qayda pozuntusu qəza ilə nəticələnib.
Videodan göründüyü kimi, “Nissan”ın sürücüsü sağ zolaqda hərəkət edən motosikletə yol vermədən onun qarşısına çıxaraq sağa dönür. Nəticədə avtomobil motosikletlə toqquşur.
Xoşbəxtlikdən, motosikletin sürücüsü xəsarət almayıb.
Xatırladaq ki, qanunvericiliyin tələblərinə əsasən, sağa dönən sürücü manevri təhlükəsiz yerinə yetirməli və dönəcəyi yolda hərəkət edən nəqliyyat vasitələrinə maneə yaratmamalıdır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












