“Usta çağırıram” bəhanəsi ilə avtomobili həyətin girişində saxladı - FOTO

Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində dayanma və durma qaydalarını pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 1-də saat 17:00 radələrində qeydə alınıb.
Fotolardan görünür ki, 99-DE-223 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yaşayış kompleksinin giriş hissəsində saxlanılıb və əraziyə giriş-çıxışa maneə yaradıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobilin nasaz olduğunu, usta çağıracağını bildirərək nəqliyyat vasitəsini həmin yerdə qoyub. Lakin sonradan onun yaxınlıqdakı dönərxanaya daxil olduğu iddia edilir.
Qeyd edək ki, yaşayış binalarının giriş-çıxışını məhdudlaşdıracaq şəkildə nəqliyyat vasitəsinin saxlanılması digər hərəkət iştirakçıları və sakinlər üçün çətinlik yaradır. Belə hallarda sürücülər yalnız avtomobilin həqiqətən texniki nasazlığı yarandıqda qəza işıq siqnallarını yandırmalı, müvafiq xəbərdaredici nişanı quraşdırmalı və maneəni mümkün qədər qısa müddətdə aradan qaldırmalıdırlar. Əks halda, yol hərəkəti qaydalarının tələblərinin pozulmasına görə inzibati məsuliyyət yarana bilər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO















