Velosipedçinin yolunu kəsib: “Avtobus zolağı ilə get” dedi - FOTO

Paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində dayanma-durma qaydalarını pozan sürücü ilə bağlı görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkil göndərərək məlumat verib. Fotodan aydın görünür ki, 77-JR-993 dövlət nömrə nişanlı “Fiat Ducato” markalı yük maşını velosiped zolağında park edilib.
Nəticədə həmin ərazidən keçən velosiped və skuter sürücülərinin hərəkəti çətinləşib və onlar avtomobillərin intensiv hərəkət etdiyi zolağa çıxmaq məcburiyyətində qalıblar.
Şikayətçinin sözlərinə görə, o, sürücüyə qayda pozuntusu ilə bağlı irad bildirdikdə qarşı tərəf buna “Avtobus zolağı ilə gedə bilirsən də, niyə uzadırsan?” cavabını verib.
Bildirilib ki, həmin yük avtomobili demək olar ki, hər gün eyni ərazidə velosiped zolağında saxlanılır və bu hal ərazidən istifadə edənlərin narazılığına səbəb olur.
Qeyd edək ki, velosiped zolağında dayanma və ya durma digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə risk altına salır. Belə hallarda velosiped və skuter sürücüləri zolağı tərk edərək avtomobillərin hərəkət etdiyi hissəyə çıxmağa məcbur qalır ki, bu da yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də, sürücülər xüsusi hərəkət zolaqlarını zəbt etməməli və digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinə maneə yaratmamalıdırlar.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO













