“Xaliq Faiqoğlu” şirkətində sürücülərlə növbəti maarifləndirici görüş keçirilib - FOTO

Sentyabrın 21-də “Xaliq Faiqoğlu” şirkətində müntəzəm marşrut xətlərində sürücü vəzifəsində çalışanlarla növbəti maarifləndirici görüş keçirilib. Avtosfer.az xəbər verir ki, şirkətin müasir istehsalat bazasında təşkil edilmiş tədbirdə 150-dən çox sürücü iştirak edib. Sürücülərə son vaxtlarda sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklər izah edilib, həmçinin qeydə alınan qayda pozuntuları, nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri və sair barəsində fikirlər bildirilib. Qeyd edilib ki, yeni dərs ilinin və iş mövsümünün başlaması, sərnişin axınının artması avtobus sürücülərinin məsuliyyətini daha da artırır və onların fəaliyyəti cəmiyyət tərəfindən qiymətləndirilir.
Görüşdə müxtəlif vaxtlarda yol verilən qayda pozuntularını və baş vermiş yol-nəqliyyat hadisələrini əks etdirən videosujet təqdim edilib.
Sürücülər qarşısında çıxış edən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov sərnişinlərlə daim ünsiyyətdə olan sürücülərə xidmət keyfiyyətinin daha da artırılması, nəzakət qaydalarına riayət edilməsi barədə fikirlərini bildirib.
Qeyd edilib ki, Bakı şəhərində nümunəvi sərnişindaşıma xidməti ilə daim seçilən “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin rahatlığı və vaxtında ünvana çatdırılması üçün bundan sonrakı dövrlərdə də bütün qüvvəsi ilə çalışacaqdır.
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO













