Yağışlı havada "avtoş"luq edən saxlanıldı

Abşeronda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi ərazisində qeydə alınıb.
22 yaşlı Tacəddin Cəfərov (şərti adla) özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən havanın yağışlı olmasından istifadə edərək, qəfil nəqliyyat vasitəsini sürətləndirib. Bu zaman təkərlər davamlı olaraq yer səthində sürtülərək səslər çıxarıb.
Faktla bağlı Tacəddin Cəfərov yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.
T. Cəfərov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib. Onun vəkili isə Cəfərovun birinci dəfədir ki, inzibati xəta törətdiyini deyərək, bunun nəzərə alınmasını istəyib.
Məhkəmə qərarı ilə o, 1 il nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 manat məbləğində inzibati qaydada cərimələnib./lent.az
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












