Yasamalda piyada keçidini “dayanacağa” çevirən sürücü - 77-VA-640 - VİDEO

Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video və fotoşəkil göndərərək məlumat verib. Hadisə martın 8-də saat 15:16 radələrində Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-VA-640 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayıb.
Nəticədə sürücü keçiddən istifadə edən şəxslərin hərəkətinə maneə yaradıb. Şikayətçinin sözlərinə görə, sözügedən sürücü demək olar ki, hər gün avtomobilini eyni qaydada piyada keçidinin üzərində park edir.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin piyada keçidinin üzərində və ya ona 5 metrdən az yaxınlıqda saxlanılması və ya dayanması qadağandır. Bu cür qayda pozuntusuna görə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilir.
Ümid olunur ki, aidiyyəti qurumlar məsələni araşdıraraq qayda pozuntusu ilə bağlı müvafiq tədbir görəcəklər.
Nərmin
Xırdalanda motosikletlə “şou” göstərən qadın sürücü – 99-A-721 - VİDEO
Xanım sürücü yol qaydalarını heçə sayaraq GÖRÜNTÜLƏRİ PAYLAŞDI - VİDEO
Balaxanı yolundakı tıxacda bəzi sürücülər əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Əks yolla gələn “BYD” sürücüsü son anda zolağına qayıtdı - VİDEO
Bir avtomobilin səhv parklanmasına görə digər sürücülər əziyyət çəkdi - VİDEO
Taksi duracağı zəbt olundu, maşınını tam park edə bilməyən sürücü şikayətləndi - VİDEO
Mühafizə olunan duracaqlarda sürücülər nə qədər ödəyəcək? – YENİ QAYDA
Xırdalanda sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 90-PQ-874 - VİDEO
Avtomobili yaxınlarına vermək üçün etibarnamə ləğv edilə bilər? – TƏKLİF – VİDEO
Cərimələr hansı halda silinə bilər – QANUN NƏ DEYİR? - VİDEO
Öz növbəsini gözləyə bilməyən sürücü avtomobillərə maneə yaratdı - VİDEO












