Yasamalda piyadaların yolunu kəsən sürücülər CƏRİMƏLƏNDİ - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Rüstəm Əhmədli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, piyadaların rahat hərəkətinə maneə yaradaraq səkidə avtomobillərini park edən sürücülər barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb və həmin avtomobillərin səkidən kənarlaşdırılması təmin edilib.
*** 25 avqust, 10:16
Paytaxtın Yasamal rayonu, Kazım Kazımzadə küçəsində sürücülər tərəfindən kütləvi şəkildə yol hərəkəti qaydalarının pozulduğu bildirilir.
Avtosfer.az-a müraciət edən izləyici çəkdiyi fotoşəkilləri redaksiyanın “Instagram” səhifəsinə göndərib.
Fotolardan göründüyü kimi, 50-EZ-652 dövlət nömrə nişanlı “KIA” markalı, 99-UP-345 dövlət nömrə nişanlı “Hyundai” markalı, eləcə də “Nissan” markalı və digər avtomobillər piyada səkisində park edilib. Nəticədə səki tamamilə zəbt olunub və piyadaların hərəkəti çətinləşib.
Xüsusilə əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə hərəkət edən valideynlər səkidən istifadə edə bilmədikləri üçün çətinliklə üzləşirlər.
Şikayətçinin sözlərinə görə, həmin küçədə demək olar ki, hər gün oxşar mənzərə ilə qarşılaşılır.
Sakinlər aidiyyəti qurumların ərazidə nəzarəti gücləndirməsini və səkilərin avtomobillər tərəfindən zəbt edilməsinin qarşısının alınması istiqamətində tədbirlər görməsini xahiş edirlər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO














