Yasamalda skuter sürücüsü əks yola çıxıb “şou” göstərdi - VİDEO

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qayda pozan skuter sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, yeniyetmə skuterlə əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət edib. O, eyni zamanda skuteri ziqzaqvari idarə edərək təhlükəli manevrlər edib və bununla həm öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün qəza riski yaradıb.
Kadrlarda qarşı istiqamətdə hərəkət edən motosiklet sürücüsünün ona əl işarəsi ilə təhlükəli davranışına son qoyması üçün xəbərdarlıq etdiyi də görünür.
Yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsinin əks istiqamətdə idarə edilməsi və qəsdən təhlükəli manevrlərin edilməsi yolverilməzdir. Belə davranışlar sürücünün özünün xəsarət alması ilə yanaşı, digər hərəkət iştirakçılarının da həyat və sağlamlığını ciddi risk altına qoyur. Xüsusilə azyaşlı və yeniyetmələrin bu cür nəqliyyat vasitələrindən məsuliyyətsiz istifadə etməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyindən, valideynlərin bu məsələyə xüsusi nəzarət etməsi vacibdir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












