Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO

Paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində dayanma və durma qaydalarını pozan sürücülər kameraya düşüblər.
Avtosfer.az-ın “WhatsApp” ünvanına müraciət edən izləyicilərdən biri ərazidə çəkilmiş görüntüləri redaksiyamıza göndərərək problemdən şikayət edib.
Kadrlardan görünür ki, 99-ZR-093 dövlət nömrə nişanlı “Honda”, dövlət nömrə nişanı görüntülərdə seçilməyən “Toyota” və 99-JM-455 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillər piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlanılıb. Avtomobillər səkinin hərəkət hissəsini daraldıb, nəticədə piyadalar qalan dar sahədən çətinliklə keçməli olublar.
Şikayətçinin sözlərinə görə, ərazidə demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşmaq mümkündür.
Qeyd edək ki, sözügedən küçədə piyadaların hərəkətinə mane olan avtomobillərlə bağlı problem əvvəllər də saytımızda işıqlandırılıb.
Nərmin
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT












