Yasamalda sürücülərin bitməyən səki “işğalı” - 99-AA-777, 10-RY-309 və 10-EX-110 - VİDEO

Paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” xəttinə videogörüntü göndərib. Hadisə iyulun 2-də saat 10:31 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-AA-777 dövlət nömrə nişanlı “BMW” markalı, 10-RY-309 dövlət nömrə nişanlı “Mercedes” markalı və 10-EX-110 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə saxlayıblar.
Müşahidələr göstərir ki, bəzi sürücülər parklanma yeri tapmadıqda və ya ödənişdən yayınmağa çalışdıqda avtomobillərini səkidə saxlayırlar. Lakin səkinin enli olması belə halları qanuni etmir. Bu cür qayda pozuntuları piyadaların hərəkətini məhdudlaşdırmaqla yanaşı, xüsusilə uşaq arabası və əlil arabasından istifadə edən şəxslər üçün ciddi çətinlik yaradır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












