Yaşayış kompleksində sürücülük dərsi keçən təlimçi özünə haqq qazandırdı - VİDEO

Paytaxtın Yasamal rayonunda qayda pozan sürücülük təlimçisi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 29-da səhər saatlarında MİDA yaşayış kompleksinin ərazisində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobillə sürücülük təlimi keçən təlimçi yaşayış kompleksinin daxili yollarında tələbəsinə idarəetmə qaydalarını öyrədib.
Hadisənin şahidi olan moto sürücü vəziyyətə etiraz edərək təlimçiyə iradını bildirib. Təlimçi isə cavabında əraziyə yalnız parklanma məqsədilə daxil olduqlarını deyib.
Qeyd edək ki, yaşayış komplekslərinin daxili yollarında sürücülük təliminin keçirilməsi həm sakinlər, həm də həyətdə hərəkət edən piyadalar üçün risk yarada bilər. Xüsusilə uşaqların sıx olduğu belə ərazilərdə təlim prosesinin xüsusi ayrılmış meydançalarda və daha təhlükəsiz şəraitdə aparılması məqsədəuyğun hesab olunur.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












