Yeraltı parkinqlərdə ödənişi belə etməyin: Hamıya narahatlıq yaranır - VİDEO

Bakıda yeraltı parkinqlərdə sürücülərin düzgün olmayan davranışı tez-tez sıxlığa səbəb olur. Avtosfer.az xəbər verir ki, bir çox sürücü parkinqdən çıxarkən əvvəlcədən ödəniş etmir, avtomobilə əyləşib birbaşa çıxışa yönəlir. Daha sonra isə çıxışda dayanaraq yolu kəsir və ödəniş etməyə gedir.
Belə hallardan biri avtomobildəki kameraya düşüb. Görüntülərdə 77-XF-422 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsünün ödəniş məntəqəsinin qarşısında dayanaraq digər avtomobillərin hərəkətinə mane olduğu aydın görünür. Bu cür davranışlar, xüsusilə parkinqə daxil olan nəqliyyat vasitələri ilə hərəkətin kəsişdiyi məqamlarda ciddi çətinlik yaradır.
Qeyd edək ki, qaydalara görə sürücü parkinqi tərk etməzdən əvvəl ödənişini etməli, daha sonra isə çıxış üçün nəzərdə tutulmuş 15 dəqiqə ərzində ərazini rahat şəkildə tərk etməlidir.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












