Yol polisi müğənni Zemfiranı görün nəyə görə cərimələdi - VİDEO

Dövlət Yol polisi Yasamal rayonunda reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı keçirilib. Polisin ərazidə xidmət aparmasına baxmayaraq, bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib.
Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.
Qeyd edək ki, səkidə park edilən avtomobillərə görə bir çox piyada yolun hərəkət hissəsinə çıxaraq gedib. Bu da piyadaların vurulması riskini yaradır. Xidmətdə olan polislər təhlükəsizliyi təmin etmək məqsədi ilə piyadalara qarşı da tədbirlər görüb. Qanunsuz yerdən keçən piyadalar saxlanılaraq onlara törətdikləri inzibati xəta izah edilib.
Yasamal rayon yol polis şöbəsinin rəis müavini Emil Seyidov deyib ki, mütəmadi keçirilən reyddə məqsəd yol hərəkəti iştirakçılarını cərimələmək yox, onları maarifləndirməkdir.
Reyd zamanı 10-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












