Yol polisi sizə zolağa girməklə bağlı işarə versə... – DYP və EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Bu gün Azərbaycan mötəbər konfransa ev sahibliyi edir. Bu baxımdan ölkənin nəqliyyat sistemində tədbirə qədər bir sıra yeniliklər tətbiq edildi. Nəqliyyat axınının tənzimlənməsi, yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi. COP29 beynəlxalq konfransının keçirilməsi ilə əlaqədar xüsusi COP29 loqolu zolaqlar istifadəyə verildi və həmin zolaqlardan istifadəyə 1 noyabr tarixinədək digər nəqliyyat avsitələrinin sürücüləri üçün icazə verildi. Lakin həmin tarixdən zolağa giriş qadağan edildi.

Avtosfer.az xəbər verir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, eləcə də, COP29 konfransında iştirak edəcək qonaqları daşımaq məqsədilə istifadəyə verilən nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təşkil edilən zolaqlar hələ də zəbt edilir. Yol polisinin tədbirəqədərki dövrdə apardığı maarifləndirmə işləri, edilən xəbərdarlıqlar bu gün belə bəzi sürücülər tərəfindən görməzdən gəlinir və hələ də qaydaları pozmağa davam edirlər.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, görülən tədbirlərə baxmayaraq, şəxsi avtomobil idarəçiləri lazım oldu-olmadı, yenə də bu zolaqlara daxil olaraq ictimai nəqliyyatın, eləcə də, COP29 zolağı ilə həərkət etməli olan nəqliyyat vasitələrinin işinə maneə yaradırlar:

“Günün bəzi saatlarında zolaqlar təşkil olunan bəzi küçələrdə yol polisləri sürücülərə zolaqda hərəkət etmələri üçün işarə verirlər. Bəzi sürücülər hətta bu işarənin verilməsinə baxmayaraq sanki qorxur. Yol polisi nizamlayıcı qismində sürücülərə göstəriş verə bilər. Siz bu göstəriş verildiyi halda zolağa daxil olursuz və digər yolayrıcında artıq zolaqdan çıxmalısınız. Tutaq ki, yol polisi sizə Abbas Mirzə Şərifzadə küçəsində zolaqda hərəkət etmək üçün icazə verib, lakin siz, məsələn, Mətbuat prospektində də zolaqda hərəkət etməyə başlayırsız. Bu artıq doğru deyil. Sizə yalnız bir küçədə, müəyyən hissədə icazə verilib ki, zolağa girib hərəkət edəsiz. Xüsusən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından “Qurd qapısı” istiqamətində işarə verilir və bir çox ərazilərdə də, məsələn, arxamızda gördüyümüz Parlament prospektində də müəyyən saatlarda sıxlığın qarşısının alınması məqsədilə yol polisi zolağa girmək üçün göstəriş verir”.
Zolaqdan istifadə ilə bağlı yaranan vəziyyətlə bağlı saytımıza açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Onu qeyd edim ki, bu qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 2 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. Bizim məqsədimiz sürücülərin cərimələnməsi deyil, bu zolaqda hərəkəti nəzərdə tutulan əqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdən ibarətdir. Zolaqlardan digər nəqliyyat vasitələrinin hərəkətinə yalnız bir halda icazə verilir: “Yol Hərəkəti Haqqlnda” qanunun 48-ci maddəsinə uyğun olaraq, əgər zolağın müəyyən hissəsi qırıq-qırıq xətlərlə ayrılmışdırsa, sürücülər həmin hissədən zolağa girə, sürücülər dönmə edərkən, yaxud da sərnişin mindirib-düşürərkən bu zolağa daxil ola bilərlər və bu hərəkətlər ümumilikdə həmin zolaqda hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır”.
Sürücülərdən xahiş olunur ki, zolaqlardan istifadə etməsinlər, zolağa daxil olmaqla nəzərdə tutulan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmasınlar.
Səfər
Prospektdə təhlükəli manevr edən sürücü qəzadan güclə yayındı - VİDEO
Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən sürücü yolu kəsdi - VİDEO
Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251 - VİDEO
Həm təhlükə yaratdı, həm də təhqir etdi: "Nə var ə bambılı" - VİDEO
Sürücü etdiyi hərəkətin məsuliyyətindən xəbərsizdir: 150 manat cəriməsi var - VİDEO
Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi - VİDEO
İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO
Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO
Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO
“Dayanmağa yer tapmırıq” deyib səkini zəbt edirlər – ŞİKAYƏT - VİDEO
Gecələr sakinləri narahat edən 39 motoxuliqan saxlanıldı - Abşeronda reyd - VİDEO










