Yol polisi sürücülərə müraciət edib KÖMƏK TƏKLİF ETDİ

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, habelə bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişi artıb. Bu işlərin görülməsi zamanı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl etməli, sürücülərin magistral yollarda nəqliyyatı idarəetmə vərdişləri, texnikanın saz vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılmalıdır: “Təəssüf ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların, habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir ki, bu da yollarda görünüş dairəsinin məhdudlaşdırılmasına və nəticədə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.
Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika daim saz vəziyyətdə saxlanılmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilmiş hərəkət marşrutlarından kənara çıxmamalı və sürət rejiminə əməl olunmalıdır.
Kənd təsərüffatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.
Daşımalar zamanı təhlükəsizlik qaydalarına əməl edən sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını yol qəzalarının acı nəticələrindən qorumuş olur”.
Elmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












