Yola zibil tökən sürücülər yüksək məbləğdə cərimə edildilər - VİDEO

Yük avtomobilləri ilə daşıdıqları məişət tullantılarını yol kənarına boşaldan üç nəfər saxlanılıb. Avtosfer.az">Avtosfer.az-ın məlumatına görə, həmin şəxsləri Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları ətrafda yaşayan sakinlərin şikayəti ilə tutub.
Polis bölməsinə məlumat daxil olub ki, Binəqədi-Novxanı-Mehdiabad yolunun kənarına gecə saatlarında ''KamAz'' markalı yük avtomobilləri zibil tökür.
Bölmə əməkdaşları həmin gecə əraziyə baxış keçirərkən məişət tullantılarını ora tökən üç yük avtomobilinin sürücüləri - Kərim Kərimli, İbrahim İbrahimov və Ozal Rzayevi saxlayıb.
Saxlanılarkən onlar həmin yerə bir neçə vaxtdır ki, məişət tullantıları yox, bünövrə üçün qazılan ərazidən torpaq daşıyıb tökdüklərini deyiblər.
Polis həmin şəxsləri bölməyə, avtomobillərini isə cərimə meydançasına aparıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn nazirliyin 11 saylı regional idarəsinin əməkdaşı Taleh Hacıyev deyib ki, əraziyə tökülən torpağa qarışdırılmış məişət tullantılarıdır.
Qeyd edək ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə fiziki şəxs qisimində 500 manatdan 800 manata qədər cərimə olunaraq məsuliyyətə cəlb ediliblər.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












