Yolu bağladı, geriyə sürərək qəza şəraiti yaratdı – 99-GG-189 - VİDEO

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qaydaları kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə Avtosfer.az-a görüntünü təqdim edən oxucu məlumat verib. Bildirilib ki, hadisə avqustun 5-də günorta saatlarında baş verib.
Kadrlardan görünür ki, 99-GG-189 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayaraq digər avtomobillərin hərəkətinə maneə yaradır. Daha sonra o, geriyə hərəkət edərək arxadan gələn avtomobil üçün qəza şəraiti formalaşdırır.
Şikayətçinin sözlərinə görə, sürücü əl işarəsi ilə videoqeydiyyat kamerası olan avtomobilin sürücüsünə bütöv xətti keçərək digər hərəkət zolağına çıxmasını bildirib. Lakin bundan sonra özü yol nişanlanmasının tələblərinə məhəl qoymadan bütöv xətti keçərək digər zolağa daxil olub.
Görüntülərdən sürücünün həm yolun hərəkət hissəsində dayanmaqla digər hərəkət iştirakçılarına maneə yaratdığı, həm də yol nişanlanmasının tələblərini pozaraq təhlükəli manevr etdiyi aydın görünür. Qeyd olunan hərəkətlər digər nəqliyyat vasitələrinin sürücülərini qəfil reaksiya verməyə məcbur etməklə yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












