Yolu kəsən sürücü haqsız ola-ola narazılıq bildirdi: "Hara girirsən?" - VİDEO

Bakıda qadın sürücünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 12-də paytaxtın Həzi Aslanov küçəsilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Changan" markalı avtomobilin sürücüsü yolayrıcında tıxac olduğunu görsə də kəsişmə yerinə daxil olaraq yolu kəsib. Görüntünü qeydə alan avtomobilin sürücüsü yaşıl işıq yanan zaman hərəkətə başlayarkən, qadın sürücü "hara girirsən" deyərək narazılığını bildirib.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerinə daxil olması qadağandır.
Bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












