Yolu necə gəldi keçən piyada maşına çırpıldı, sürücü ilə mübahisə etdi - ANBAAN VİDEO

Dəfələrlə xəbərdarlıq edilməsinə, eləcə də cərimələrə baxmayaraq bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər və özlərini haqlı sayırlar.
Avtosfer.az xəbər verir ki, növbəti belə hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında baş verib. Təlimçi Arzu Babazadənin göndərdiyi görüntülərdən aydın olur ki, 4-cü uzununa küçəsində piyada təyin olunmamış yerdən keçir və soldan gələn maşına əhəmiyyət vermədən onun qarşısına çıxır.
Sürücü diqqətli olub sürəti azaltmasaydı ağır qəza baş verə bilərdi. Sürücü peşəkarlığı sayəsində qəzanın qarşısını alsa da, piyada geriyə dönərək sürücü ilə mübahisə etmək istəyib. Hadisə yerində olan şəxslər araya girərək mübahisənin böyüməsinin qarşısını alıblar.
Mütəxəssislər bildirir ki, piyada zolağından kənar yerdən yolu keçmək ciddi təhlükə yaradır və həm sürücülər, həm də piyadalar üçün risk faktorudur. Bu cür halların qarşısını almaq üçün ictimai maarifləndirmə və qaydaların tətbiqi zəruridir.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












