Yük maşını yolda belə təhlükə saçdı - VİDEO

Sürücülər qayda pozmaqla yanaşı dövlət qeydiyyat nişanını da gizləyiblər. Belə bir halda qayda pozansürcünün tapılması sual çətinlik yaradır. Sürətli yolda hərəkət edən yük maşınından hər an mişar daşları yola tökülə bilər. Avtomobillərin sürətlə şütüdüyü yolda yükdaşıma qaydalarını pozan sürücü üstəlik nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da gizlədib. Avtomobilin arxasında isə sadəcə bir yazı var: "UNUT MƏNİ".
Görüntülər Ələt Astara yolunda lentə alınıb.Yük maşının sürücüsü mişar daşı ilə dolu avtomobili təhlükəsizlik qaydalarına əməl etmədən idarə edir. Eyni yolda digər yük avtomobilinin də sürücüsü qaydaları kobud şəkildə pozur. Bu sürücü də yükdaşıma qaydalarını pozmaqla yanaşı avtomobilin qeydiyyat nişanını gizlədib. Videonu çəkən sürücünün sözlərinə görə sürətli yolda belə yük avtomobillərinə tez tez rast gəlmək mümkündür. Avtomobilin sahibi olduğunu iddia edən şəxs isə sosial şəbəkələrdə videonu paylaşanları təhqir və təhdid edib. Avtosfer.az xəbər verir ki, sürücü həmin vaxt avtomobili başqasının idarə etdiyini deyib. Lakin səhvini başa düşmək əvəzinə videonu çəkib yayanı axtarır. Yol hərəktəi üzrə ekspert Azər Allahverənov bildirib ki, sürücü kobud şəkildə bir neçə qaydanı eyni vaxtda pozub. Azər Allahverənov onu da bildirdi ki, sürücü digər hərəkət iştirakçıları üçün də ciddi təhlükə yaradıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












