Zabratda təhlükəli ötmə edən sürücü yolu kəsib qəza riski yaratdı - VİDEO

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də saat 21:27 radələrində Nəsibə Zeynalova küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, “Mercedes” markalı avtomobil önündəki yük maşınını ötmək üçün əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitəsinə təhlükə yaradıb. Xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, əks istiqamətli yola çıxmaq ən riskli manevrlərdən biridir. Xüsusilə iri qabaritli və yük avtomobillərini ötərkən qarşıdakı yolu tam görmək mümkün olmur, çünki bu cür nəqliyyat vasitələrinin arxasında geniş “kor zona” yaranır. Nəticədə sürücü qarşıdan gələn maşını vaxtında görməyə bilər və bir anlıq səhv faciə ilə bitə bilər.
Belə vəziyyətdə sürücü ötməyə tələsməməli, əvvəlcə qarşı zolağın tam açıq olduğuna, qarşıdan gələn nəqliyyatın görünmədiyinə və yol nişanlarının icazə verdiyinə əmin olmalıdır. Əgər bu şərait yoxdursa, ötməni təxirə salmaq ən doğru qərardır.
Nərmin
Yük maşını ilə əks yola çıxdı – 99-BD-864 - VİDEO
Maştağada qaydaları gözardı edən moped sürücüləri təhlükə saçdı - VİDEO
Bakıda tıxacdan qaçan “Range Rover” sürücüsü qəza törətdi - VİDEO
Narkotik istifadən edən sürücü 20 SUTKA HƏBS EDİLDİ - VİDEO
Səbəbsiz yerə tormoz verən sürücü ötməyə imkan yaratmadı - VİDEO
Azərbaycanlı rəqqasədən utancverici hərəkət: Butulkanı başına çəkib tapanca çıxardı - VİDEO
Gecə yarısı "ruçnoy" çəkən sürücü maşını belə fırlatdı - VİDEO
Qəza şəraiti yaratdı üstəlik qarşı tərəfi günahlandırdı – 99-HJ-022 - VİDEO
Bakıda “şou” göstərən motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO
Bakıda uşaq sürücünün qucağında maşın sürdü - VİDEO
Bu prospektdə avtobus zolağının saatları DƏYİŞDİRİLİB – VİDEO












