Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO

Zağulba yolunda kütləvi şəkildə dayanma-durma qaydalarını pozan sürücülər qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisəni ərazidən keçən velosipedçilərdən biri videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Görüntülərdən məlum olur ki, müxtəlif markalı avtomobillər velosipedçilər üçün ayrılmış hərəkət zolağında park edilib. Bu səbəbdən velosipedçilər zolaqdan istifadə edə bilməyərək məcburi şəkildə avtomobillərin hərəkət etdiyi zolağa çıxıblar ki, bu da onların təhlükəsizliyini ciddi risk altına qoyub.
Videoda velosipedçilərdən biri yaranmış vəziyyətə etiraz edərək bildirib: “Mən indi digər zolaqla hərəkət etdiyimə görə cərimələnsəm, bu avtomobillərin sürücüləri mənim cəriməmi ödəyəcəklər?”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, velosiped zolağında nəqliyyat vasitələrinin saxlanılması və ya park edilməsi qadağandır. Belə hallar velosipedçiləri onlar üçün nəzərdə tutulmuş təhlükəsiz hərəkət sahəsini tərk etməyə məcbur edir və avtomobillərlə eyni zolaqda hərəkət etmələrinə səbəb olur. Bu isə yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












