Zolağa yerləşməyən sürücü tuneldə də təhlükə saçmağa davam etdi - VİDEO

Paytaxtın Binəqədi rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 2-də saat 17:22 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 99-NB-040 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü hərəkət zamanı ardıcıl şəkildə manevr qaydalarını pozub.
Belə ki, sürücü zolaqlar arasında tez-tez yerini dəyişərək digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradır. Daha sonra iki zolağın ortasıyla gedərək hadisəni qeydə alan avtomobili sıxışdırır. Sürücü “Şamaxinka” nın tunelinə daxil olduqdan sonra da qayda pozmağa davam edir. O, bütöv xəttin tələbini pozaraq dəfələrlə zolaq dəyişir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər manevr etməzdən əvvəl digər hərəkət iştirakçıları üçün təhlükə yaratmayacaqlarına əmin olmalı, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər. Eyni zamanda tuneldə və ya yolun məhdud görünüşlü hissələrində ötmə manevrlərinin edilməsi qadağandır.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












