Banner

Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 27 Oktyabr 2026 18:00
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Hava limanı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 21-də saat 09:47 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, taksi fəaliyyəti göstərən 99-TV-835 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkət etdiyi zolaqdan ən sol zolağa keçdikdən sonra qəfil tormozlayıb. Bu zaman arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü üçün qəza şəraiti yaranıb.

Daha sonra taksi sürücüsü sağ zolağa keçərək digər nəqliyyat vasitələrinin hərəkətinə yol verib.

Qeyd edək ki, qanunun tələblərinə əsasən, sürücü hərəkətə başlamazdan və ya zolaq dəyişməzdən əvvəl manevrin təhlükəsiz olmasına əmin olmalı, digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Həmçinin, zərurət olmadan qəfil tormozlamaq və bununla digər sürücülər üçün təhlükə yaratmaq yolverilməzdir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228254.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh