Ağstafada AĞIR QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər evə buraxılıblar.
Bu barədə Ağstafa Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, Bu gün gecə saat 00:35-də yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1998, 1999, 2004-cü il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sıyrılmış yaraları diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri kafi qiymətləndirildiyi üçün evə buraxılıblar./oxu.az
***09:16
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.
Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO












