Banner

Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB

Qəzalar 28 Noyabr 2026 16:32
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR  - FOTOLAR  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.

Qəza zamanı yaralanan iki nəfər (kişi) 28.11.2026-cı il tarixində saat 02:00-da rayon Lənkəran rayon Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə xəstəxanadan məlumat verilib.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir./oxu.az

***10:36
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistral yolunun Lənkəran şəhərindən keçən hissəsində, “Ləvəngi dairəsi”ndə qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı minik avtomobili xalça fabrikinin hasarına çırpılmasından sonra alışıb. Yanğından Mühafizə bölməsinin  əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb.

Qəza nəticəsində sürücü, Lənkəran şəhər sakini, 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və  İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən sürücü V.Ağazadə uşaqlıqda valideynlərini itirib və o, yaxın qohumlarının himayəsində böyüyüb.

Faktla bağlı araşdırma aparılır.

 



 

Oxunub : 510
ŞƏRH YAZ
Ad

E-mail

Şərh