Ata ilə oğlunun ölümünə səbəb olan leytenanta - Bu cəza verildi

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FHN əməkdaşının məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova (soyad şərtidir) hökm oxunub.
Bildirilib ki, “Mercedes” markalı avtomobillə motosikleti vuran və ata ilə oğlunun ölümünə səbəb olan sürücü Fövqəladə Hallar Nazirliyi Muğan Regional İdarəsinin inspektorudur. Daxili xidmət leytenantı olan Allahverən işə bir neçə ay əvvəl düzəlibmiş.
Onun idarə etdiyi avtomobil İmişli rayonu ərazisində motosikletə çırpılıb və nəticədə nəqliyyat vasitəsində olan sərnişin Kazım İbişov və atası Mübariz İbişov aldıqları xəsarətlərdən həlak olublar.

Məhkəmədə mərhum şəxslərin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Müvafiq hökmlə Allahverən Şükürov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib.
Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə vurğulanıb.
Qeyd edək ki, məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar bəzi hallarda oranı tərk edə bilərlər.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












