Hacıqabulda ağır qəza - Xəsarət alanlar var - YENİLƏNİB

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən hadisə Bakı-Qazax yolunun 159-cu kilometrliyində səhər saat 07:15-də baş verib.
"Hadisə sürücü Maqsud Savalan oğlu Qaraşovun idarə etdiyi "Mitsubishi Outlander" markalı, 41-BE-665 dövlət nömrə nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib.
Hadisə nəticəsində sürücü ilə birlikdə sərnişinləri Aytac Elxan qızı Qaraşova və Yusif Mahmud oğlu Qaraşzadə yüngül dərəcəli xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.(oxu.az)
***
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











