Hacıqabulda zəncirvari QƏZA: Beş nəfər xəsarət aldı - FOTO

Hacıqabulda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin iştirakçılarının adları məlum olub.
Hadisə iştirakçıları KIA markalı, 77-FM-166 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Qürbət Hüseyn oğlu Hüseynov, 77-DH-814 dövlət nömrə nişanlı KIA markalı avtomobilin sürücüsü Anar İlqar oğlu Abasov, 02-BK-598 dövlət nömrə nişanlı "QAZel" markalı nəqliyyat vasitələri sürücüsü isə Ərzulla Qane oğlu Cəlilov olublar.
Hadisə nəticəsində Anar Abasov və sərnişini Gültən Mahir qızı Aslanova xəsarət alıblar.
Baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri də məlum olub.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (üç kişi, iki qadın) yanvarın 7-də saat 09:40-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən üç nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin (bir kişi, bir qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilir./oxu.az
***12:06
"Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi üç avtomobilin toqquşması nəticəsində baş verib".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 9:30-da Hacıqabul-Horadiz yolunun üçüncü kilometrliyində qeydə alınıb.
"KIA markalı, 77-FM-166 dövlət nömrə nişanlı avtomobil qatı duman şəraitində ötmə əməliyyatı edərkən iki avtomobili vuraraq hərəkət zolağından çıxarıb. Yoldan çıxan avtomobillər 77-DH-814 dövlət nömrə nişanlı KIA markalı və 02-BK-598 dövlət nömrə nişanlı "QAZel" markalı nəqliyyat vasitələri olub. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***
Hacıqabulda zəncirvari qəza olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"QAZel" markalı avtomobillə iki KIA markalı maşın toqquşub.
Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR












