“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO

Ötən ilin noyabrında Gəncə-Şəmkir yolunun Göygöldən keçən hissəsində “Mercedes GL 550” markalı avtomobilin qəzaya uğraması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hadisə vaxtı avtomobili idarə edən 21 yaşlı G.Kərimovaya hökm oxunub. İlkin məlumatlarda qəza zamanı avtomobilin 1990-cı il təvəllüdlü Əhliman Ramiz oğlu Abdi tərəfindən idarə edilməsi bildirilsə də, bu, təsdiqini tapmayıb.
Araşdırmalarla müəyyən edilib ki, hadisə vaxtı Əhliman tanışı, hərbi hissədən 5 günlük məzuniyyətə buraxılmış 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və digər tanışları ilə birgə Gəncədəki “Karizma” restoranında yeyib-içiblər. Bu zaman onlar Gəncədə fəaliyyət göstərən “Babalounch” restoranında işləyən qızları məclisə dəvət ediblər və birgə spirtli içki qəbul ediblər.
Gecə saat 2 radələrində restoranı tərk edərkən Əhliman sərxoş olduğunu deyərək sükan arxasına G.Kərimovanın keçməsini istəyib, özü isə ön sərnişin oturacağında əyləşib. Hikmətlə digər qız isə arxada oturub. Onlarla birgə məclisdə iştirak edən şəxslərdən bir neçəsi Leylanın (şərti) sürdüyü “Chevrolet Equinox” markalı avtomobilə, digərləri isə 3-cü avtomobilə əyləşib. Yolda olarkən sürücü qızlar ötüşməyə başlayıblar və idarəetmədən çıxan avtomobil divara çırpılıb. Nəticədə Əhlimanla Hikmət həlak olublar.
Hadisə vaxtı avtomobildə olan və yaralanan xanım sərnişin bildirib ki, qəza vaxtı Əhliman G.Kərimovadan Leylanın sürdüyü maşını keçməsini tələb edib: “Leyla manevrlər edirdi, əlini pəncərədən çıxarıb oynayırdı. Sürət təxminən saatda 200-220 kilometr olardı. Əhliman ona qışqırdı ki, Leylanı keçsin, əlini sükana atdı, qəza da bu zaman oldu. Sonrasını xatırlamıram”.
Məhkəmədə bildirilib ki, G.Kərimovanın 2023-cü il təvəllüdlü bir övladı var. Onun sürücülük hüququnun olmaması da müəyyən edilib. Gəncə Ağır Məhkəməsinin hökmü ilə ona 7 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.


Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












