Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 30-da saat 01:30 radələrində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü işıqforun qırmızı işığında yolayrıcına daxil olub və bu zaman sağ tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən motosikletçi bir neçə metr kənara düşüb.
Hadisədən dərhal sonra ayağa qalxan sürücü axsayaraq səkiyə çıxıb. Xoşbəxtlikdən, həmin vaxt ərazidən keçən təcili tibbi yardım briqadası dayanaraq ayağından xəsarət alan motosikletçiyə ilkin yardım göstərib.
Kadrlardan motosiklet sürücüsünün qoruyucu dəbilqədən istifadə etmədiyi də aydın görünür.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücülər svetoforun qadağanedici siqnalında hərəkəti davam etdirməməlidirlər.
Nərmin
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












