İkinci cərgədə sərnişin düşürən avtobus sürücüsü ölümə səbəb oldu; hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO

Dünən Bakıda faciəli yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə nəticəsində yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bu hadisə bir daha ictimai nəqliyyatda təhlükəsizlik məsələlərini gündəmə gətirib. Bəs bəzi avtobus sürücüləri niyə yol hərəkəti qaydalarına əməl etməkdən yayınırlar? Nə üçün onlar tələsərək, bəzən sərnişin və piyadaların həyatını riskə atan manevrlərə yol verirlər? Bu cür faciələrin baş verməsinin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, avtobuslar qanuna görə dayanacağa tam yan almalı, təhlükəsizliyə əmin olduqdan sonra qapıları açmalıdır ki, sərnişinlər minib-düşsün:
.jpg)
“Amma hələ də bəzi sürücülər dayanacağa yan almadan, ikinci cərgədə sərnişinləri mindirib-düşürür. Dayanacaqdan kənarda saxlamağa görə onların 100 manat cəriməsi var. Buna baxmayaraq, vəziyyət hələ də dəyişməyib.
Bəzən də biz dayanacaqların zəbt olunduğunu görürük. Avtomobillər elə yerdə saxlayırlar ki,avtobus dayanacağa tam yan ala bilmir. Buna da ciddi nəzarət olunmalıdır ki, avtobuslar dayanacaq pavilyonuna tam daxil ola bilsin. Bu, bir daha göstərir ki, həmin sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var”.
Məsələ ila bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 20-də saat 18:48 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:
““Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.
Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılmışdır. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək”.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır.
Eltac Zülfüqaroğlu
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












