İmişlidə ağır AVTOQƏZA: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (bir kişi , iki qadın) avqustun 7-də saat 23:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş, cızılmış yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub. 2011-ci il təvəllüdlü (qadın) və 1989-cu il təvəllüdlü (kişi) şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti orta ağır qiymətləndirilən 1986-cı il təvəllüdlü (qadın) pasiyent isə ilkin tibbi yardım göstərildikdən sonra avqustun 8-də Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir./oxu.az
***14:07
İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00-da qeydə alınıb.
İmişli sakini Səfər Əzizovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Ramil Muradovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.
Nəticədə "Mercedes"də olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
İmişli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, hadisə şəhərin 28 May küçəsində baş verib.
İlkin məlumatda xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












