İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar 2026-cı il avqustun 1-də saat 12:00-da üç nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
***16:01
İsmayıllıda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 11:30-da Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107, "Mercedes" və "Volkswagen" markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz İsgəndərov xəsarət alıb.
"Volkswagen" markalı avtomobildə olan iki sərnişinə isə ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
***15:11
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
















