İsveçrədə qəza törədib qaçan sürücü YAMACDAN AŞDI - VİDEO

İsveçrənin Losone şəhərində günorta saatlarında Maggia çayı üzərindəki körpünün dairəvi yoluna yaxın ərazidə təhlükəli yol-nəqliyyat hadisəsi baş verib. Tiçino nömrə nişanlı SUV markalı avtomobilin sürücüsü əvvəlcə başqa bir nəqliyyat vasitəsinə çırpılıb, bundan sonra vəziyyət daha da gərginləşib.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, arxadan gələn avtomobilin sürücüsü qəfildən əsəbiləşərək maşından düşüb və digər avtomobilin şüşəsinə yumruqla zərbələr endirib.
Lakin insident bununla bitməyib. Qəzanı törədən sürücü yenidən sükan arxasına keçərək dairəvi yol istiqamətində hərəkətini davam etdirib. Bir qədər sonra o, idarəetməni itirərək yoldan çıxıb və avtomobil yamaca aşaraq damda park edilmiş digər nəqliyyat vasitələrinə çırpılıb.
Sürücünün hazırkı vəziyyəti barədə rəsmi məlumat verilməyib. Hadisənin qəfil səhhət problemi və ya ciddi texniki nasazlıq nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır./ajans.az
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












