Lənkəranda avtomobil AŞDI: ər-arvad xəsarət aldı

Lənkəran rayonunda baş verən avtomobil qəzasında ər-arvad xəsarət alıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-Iran İslam Respublikası Dövlət Sərhədi yolunun 161-ci km-də - Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar.
Yaralılar deformasiyaya uğrayan avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












