Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - FOTO - YENİLƏNİB

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Lənkəran-Lerik magistral yolunun rayonun Şağlaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Zərbənin təsirindən boru qırılıb, avtomobil suötürücü kanala aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova və yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanovlar, həmçinin azyaşlılar - 2019-cu il təvəllüdlü R.Qurbanov və 2014-cü il təvəllüdlü F. Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicələrinin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 6 nəfər (3 qadın, 3 kişi olmaq) xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub. Xəsarət alan şəxslərdən biri (qadın) vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Diğər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO













