Monsadakı ağır qəzanın fəsadları: Lekler Madridə cəza ilə gedir?

“Ferrari” mühəndisləri Şarl Leklerin İtaliya Qran-prisində baş verən qəzadan sonra onun bolidindəki güc qurğusunun vəziyyətini təhlil edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə “AutoRacer” nəşri məlumat yayıb.
Bildirilir ki, Monsa trassında Leklerin bolidinə “ADUO 2” spesifikasiyalı yeni güc qurğusu quraşdırılmışdı. Qəza nəticəsində mühərrik zədələnib, həmçinin zərbədən sonra uzun müddət işlək vəziyyətdə qalması vəziyyəti daha da ağırlaşdıra bilər. Güc qurğusunun son vəziyyəti barədə qərar axşam saatlarında veriləcək.
Mühərrik dəyişdiriləcəyi təqdirdə, Lekler sentyabrın 13-də hər kəs üçün yeni olan Madrid Qran-prisində start torunda cəza alacaq. Yeni mühərrikin quraşdırılması mövqe itkisi demək olacaq ki, bu da bütün pilotlar üçün tanış olmayan trekdə ciddi dezavantaj yaradır.
Bununla yanaşı, “Ferrari” Madrid mərhələsi üçün arxa asqı sistemində aerodinamik düzəlişlərlə bağlı kiçik texniki yeniləmə hazırlayıb. Komanda daha ciddi yeniləmə paketini isə Ostində keçiriləcək ABŞ Qran-prisində təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, moneqasklı pilot yarışın üçüncü dövrəsində “Parabolika” döngəsində trassdan çıxıb və onun SF-26 bolidi ciddi zədələnib. Bu zədələr Madrid mərhələsindən əvvəl mühərrikin dəyişdirilməsinə səbəb ola bilər./todaypress
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












