Nərimanovda iki maşın toqquşdu, piyada son anda faciədən qurtuldu - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, baş yolla hərəkətdə olan “Ford” markalı avtomobil köməkçi yoldan gələn “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmanın təsirindən “Ford”un hərəkət istiqaməti dəyişib və avtomobil piyada keçidindən keçən piyadanın üzərinə yönəlib. Xoşbəxtlikdən sürücü nəqliyyat vasitəsini vaxtında saxlaya bildiyindən daha ağır nəticənin qarşısı alınıb.
Görüntülər bir daha göstərir ki, nizamlanmayan kəsişmələrdə ikinci dərəcəli yoldan baş yola çıxan sürücülər üstün hərəkət hüququna malik nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












