Qadın hakim qəzada həlak oldu, məhkəmə hökmü dəyişmədi - FOTO

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı Nuran Abdurrahmanovun cinayət işi üzrə zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda yekun qərar elan edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuran Abdurrahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Yol-nəqliyyat hadisəsi 2025-ci ilin dekabrında Pirşağı-Novxanı yolunda baş verib. Aynur Rzayevanın idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Hadisə nəticəsində hakim həyatıni itirib.
Onu da qeyd edək ki, Aynur Rzayevanın atası Tapdıq Rzayev Birinci Qarabağ müharibəsi şəhididir. O, 1991-ci ildə Xocalıda şəhid olub.
Aynur Rzayeva 2022-ci ildə Azərbaycan Prezidentinin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Sərəncamı ilə təyinat almışdı.

İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












