Sakin şikayətini çəkib paylaşdı: “İki gündən bir bu ərazidə qəza olur, amma..” - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilovla Nazim İsmayılov küçələrinin kəsişməsində yol qəzası qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərdən biri sosial şəbəkə hesabında paylaşım edib. Hadisə aprelin 13-də saat 21:07 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan “Chevrolet Cobalt” markalı maşın, 99-SF-303 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
İzləyici sözügedən ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyini bildirib. Onun sözlərinə görə, qəzalara səbəb yolayrıcının tənzimlənməməsidir. Nəticədə sürücülər bir-birilərini görmədən yolayrıcına daxil olurlar və bu halda qəza törədirlər. İki gün əvvəl də eyni ərazidə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirən şikayətçi məsələnin dəfələrlə işıqlandırıldığını, lakin aidiyyəti qurumların bununla bağlı hələ də tədbir görmədiklərini əlavə edib.
Nərmin
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












