"Şaxtalı havalarda avtomobillərə texniki qulluq mütləqdir" - AÇIQLAMA

"Şaxtalı, qarlı, dumanlı yollarda qaydalar qanunla tənzimlənir. Yol hərəkəti haqqında qanun əsas tələblərindən biri sürücü sürəti yol və metroloji şəraitə uyğun seçməlidir. Metroloji şərait o deməkdir ki, yəni, hava şəraitində duman, yağış, qar, çiskin, sel, daşqın vəs. məsələlər var. Yol şəraiti də odur ki, yolda görünmə məhdudiyyəti var, yol palçıqdır, sürüşkəndir vəs. bu halları sürücü mütləq şəkildə nəzərə almalıdır".
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O, açıqlamasında qeyd edib ki, əgər, sürücü özündən əmin deyilsə, qarlı, yağışlı, dumanlı havalarda yola çıxmamalıdır:
"Amma, bəzi sürücülər fikirləşir ki, yolda sürət həddi 90 yazılıbsa, elə bu cür sürməlidir, lakin, bu təhlükə yarada bilər. Əgər yolu aydın görmək mümkün deyilsə sürücü qeyd olunan sürətlə sürdüyü halda qəzaya düşə bilər. Bundan əlavə avtomobillərə texniki qulluq mütləq vacibdir. Təkərlər(sürüşməsin), havalandırma sistemi ( şüşələr tərləməsin, görüntüdə məhdudiyyət yaranmasın) vəs. Bir neçə gündür artıq Dövlət Yol Polisi çağırışlar edir, məlumatlar və görüntülər paylaşır. Amma, dünən İsmayıllı rayonunda məktəb direktoru qəzaya düşüb. Təxminən, maşında 6 nəfər olublar, 2-i xəsarət alıb. Fikirləşirəm ki, bu məsələdə bir müəllimin idarə etdiyi avtomobillə belə bir səhvə yol verirsə, digərlərindən nə gözləyək, baxmayaraq ki, bu qədər göstərişlər verilir, məlumatlar paylaşılır. Amma, yenə də nəticə çıxarmayanlar, dərs götürməyənlər var. Əgər, sürücü özündən əmin deyilsə, qarlı, yağışlı, dumanlı havalarda yola çıxmamalıdır. Bu birmənalı tələbdir və hesab edirəm ki, insanlar bunu qəbul etməlidirlər".
(sonxeber)
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












