Şəmkirdə eyni vaxtda baş verən iki ayrı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Şəmkirdə baş verən iki ayrı yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Bildirilib ki, Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər (kişi) xəsarət alaraq Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün onlar ambulator müalicə üçün evə buraxılıblar.
Həmçinin qeyd olunub ki, Şəmkir-Gədəbəy yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsində 1994-cü il təvəllüdlü bir nəfər (kişi) Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol diz arteriyasının zədələnməsi, hər iki topuğun yerini dəyişən sınığı, beyinin qapalı travması diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətlərinə uyğun olaraq Gəncə Beynəlxalq Xəstəxanasına göndəriş verilib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












