Sürücü qəzadan sonra motosiklet sürməyə tövbə etdi - VİDEO

Türkiyənin Hatay şəhərində motosikletlə avtomobilin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, qəza Antakya rayonunun Odabaşı məhəlləsində baş verib. Hərəkətdə olan avtomobil qarşıdan gələn motosikletlə toqquşub. Güclü zərbə nəticəsində motosikletdə olan 20 yaşlı Yakup Süner (adlar şərtidir) və digər şəxs bir neçə metr havaya sovrulub. Qəza anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb və görüntülər izləyiciləri dəhşətə gətirib.
Xəstəxanada müalicə alan və daha sonra evə buraxılan Yakup Süner yaşadıqlarını mediaya açıqlama verib:
“Təxminən 3 metr havaya qalxdım. O anı unutmaq mümkün deyil. Artıq nə motosikletə minərəm, nə də yanından keçərəm. Motosiklet mövzusunda tövbə etmişəm.”
Qeyd edək ki, qəza nəticəsində hər iki motosikletçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












