Sürücülük məktəbinin müəllimi ağır qəza törətdi: Qadın piyada öldü - VİDEO

Rusiyanın Novokuznetsk şəhərində sürücülük məktəbinin müəllimi motosikletlə qadını vuraraq öldürüb.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 28-də Oktyabrski prospektində baş verib.
Məlumata görə, 37 yaşlı sürücü idarə etdiyi “Honda” markalı motosikletlə hərəkətdə olarkən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəindən keçən 27 yaşlı qadını vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, qəzanı törədən şəxs yerli sürücülük məktəbinin təlimatçısı olub.
Qeyd olunur ki, bu ilin əvvəlindən o, yol hərəkəti qaydalarını pozduğuna, həmçinin işıqforun qadağanedici işığından keçdiyinə görə 3 dəfə inzibati məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi açılıb.
Namiq Musayev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












