Tovuzda zənciravi qəza olub, xəsarət alanlar var - FOTO

24.05.2025-ci il tarixində saat 20:50 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu haqda Avtosfer.az-a TƏBİB-in mətbuat xidməti məlumat verib.
Bildirilib ki, hadisə zamanı bədənin müxtəlif nahiyələrinin çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə istabil olaraq qiymətləndirilir.
***
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.
Daha sonra "VAZ 2106" markalı minik avtomobili yol kənarında dayanan "VAZ 2101"-ə, daha sonra isə avtomobil təmiri emalatxanasına çırpılıb.
Nəticədə 1991-ci il təvəllüdlü Tovuz rayonu Abulbəyli kənd sakini Elvin Quliyev, 1999-cu il təvəllüdlü rayonun Bozalqanlı kənd sakini Sərxan Tağıyev və 1999-cu il təvəllüdlü Bozalqanlı kənd sakini Nəsimi Qüdrətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.



İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












