Yasamalda səfirlik avtomobili motosikleti vurub qaçdı - ANBAAN VİDEO

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə zərərçəkmiş sürücü sosial şəbəkə hesabında məlumat yayıb.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 17-də axşam saatlarında baş verib.
Videoda köməkçi yolda hərəkətdə olan “Nissan” markalı avtomobil əsas yola çıxarkən hərəkətdə olan nəqliyyat vasitələrinə üstünlük vermədiyi əks olunub. Nəticədə sürücü birbaşa ən sol zolağa manevr edərək həmin zolaqda hərəkətdə olan motosikletlə toqquşub.
Zərbənin təsirindən motosiklet aşaraq sürücüsü yola yıxılıb. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində o, baş və ayaq nahiyəsindən xəsarət alıb, motosikletə isə ciddi maddi ziyan dəyib.
Onun sözlərinə görə, qəzaya səbəb olan avtomobil səfirliyə məxsus olub və hadisədən sonra sürücü ərazini tərk edib.
Zərərçəkmiş məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, nəticə əldə olunmadığı təqdirdə məhkəməyə üz tutacağını bildirib.
Nərmin
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO











