Yasamalda yolda ağır qəzaya düşənlərin VƏZİYYƏTİ AÇIQLANDI

Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 21-də saat 11:50-də iki nəfər şəxs (bir kişi və bir qadın) yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
"1972-ci il təvəllüdlü şəxs (kişi) üzərində cərrahi əməliyyat icra olunub. Hazırda koma vəziyyətindədir, süni tənəffüs aparatına qoşulub.
Digər yaralılar, 1972 və 2004-cü il təvəllüdlü şəxslərin də müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, hadisə "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "KamAZ"a çırpılması nəticəsində baş verib.
FHN-nin xilasediciləri tərəfindən deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Həyatını itirən şəxs Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəlliməsi İlhamə Kamranova olub./oxu.az
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












