Yol polisi moped və motosiklet qəzalarının görüntülərini yayıb xəbərdarlıq etdi - VİDEO

Baş Dövlət Yol Polisi (BDYP) Azərbaycanda moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.
Bu barədə Avtosfer.az-a BDYP-dən məlumat verilib.
Bildirilib ki, aparılan müşahidələr nəticəsində ölkədə moped və motosiklet sürücüləri ən çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq, işıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verirlər.
"Baş Dövlət Yol Polisi İdarəsi bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır", - məlumatda bildirilib.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












