Yol qəzalarının yarısı bu saatlarda BAŞ VERİR

2025-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində ümumilikdə 905 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 507 nəfər həlak olub, 757 nəfər isə yaralanıb.
Bəs bu qədər insanın həyatına son qoyan qəzaların əsas səbəbləri hansılardır?
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, qəzaları yaradan səbəblər çoxdur:
“Yol-nəqliyyat hadisələrinin artması sırasında ötmə-manevr qaydalarının pozulması, sürət həddinin aşılması, sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərindən istifadə edilməməsi kimi səbəblər var. Bu səbəblər həm də qəzaların ağırlıq dərəcəsini artırır.
Bundan əlavə, yol-nəqliyyat hadisələrinin 50 faizi qaranlıq vaxta təsadüf edir. Bunun da əsas səbəbi yolların işıqlandırılmamasıdır. Sürücülər yol-hərəkət qaydalarına əməl etsələr, qaranlıq yollarda sürət həddini pozmasalar, işıq siqnallarından düzgün istifadə etsələr, qəzaların sayı da azalar.
İndi sürücülərin əksəriyyəti öz rahatlığı üçün işıq siqnallarının hamısını yandırır, qarşıdakı sürücünü kor edir. Ötmə manevrləri ilə bağlı da vəziyyət eynidir. Buna görə də qəzalarda ölüm halları artıb.
Baş verən qəzaların 46-47 faizi isə piyadaların iştirakı ilə baş verir. Yəni, qəzada ölən piyadaların ümumi sayı 700-dürsə, onların 350-ni piyadalar təşkil edir”./bizim.media
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












